Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb.
Niyaməddin İsgəndərov idarə etdiyi “Dnepr-11” markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan 50 yaşlı Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib. Ağır xəsarət alan Ə.Əliyev xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Son xəbərlər
Son Xəbərlər