“Real Madrid” yay transfer pəncərəsində müdafiəçilər Ferlan Mendi və Raul Asensio ilə yollarını ayırmağı planlaşdırır.
“Qafqazinfo” “Diario AS” nəşrinə istinadən xəbər verir ki, “Kral klubu” Mendinin zədələrə meylli olması səbəbindən onunla vidalaşmaq qərarına gəlib.
Nəşr yazır ki, Asensioya gəldikdə isə gənc müdafiəçi komandanın baş məşqçisi Joze Mourinyonun planlarına daxil edilmir. Lakin mənbənin məlumatına görə, Madrid təmsilçisi hələlik futbolçulara yeni klub tapmaq istiqamətində ciddi irəliləyiş əldə edə bilməyib.
Qeyd edək ki, “Real Madrid” İspaniya La Liqasının yeni mövsümündə ilk oyununu səfərdə “Espanyol”a qarşı keçirəcək. Qarşılaşma avqustun 22-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər