Türkiyənin sabiq xarici işlər naziri, Antalya millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu müalicə aldığı xəstəxanada vəfat edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın Çavuşoğlu mayın 5-də Antalyanın Alanya rayonunda yerləşən ofisində silahlı insident nəticəsində ağır yaralanmışdı.
Xəstəxanaya çatdırılan 52 yaşlı iş adamı əməliyyatdan sonra reanimasiya şöbəsində müalicə alırdı.
Bu gün onun müalicə olunduğu xəstəxanada həyatını itirdiyi bildirilib.
Hadisə ilə bağlı Alanya Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər