MSK-da xidməti avtomobillərin sayı artırıldı

msk-da-xidmeti-avtomobillerin-sayi-artirildi
Oxunma sayı: 2437

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qərarda dəyişiklik edilib.

“Qafqazinfo”nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Mərkəzi Seçki Komissiyası üçün xidməti minik avtomobillərinin say həddi 19 ədəddən 22 ədədə qaldırılıb.