AFFA-nın müalicəsini üzərinə götürdüyü Renat Dadaşov derbidə - Foto

affa-nin-mualicesini-uzerine-goturduyu-renat-dadasov-derbide
Oxunma sayı: 442

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçını tribunadan izləyir.

“Qafqazinfo” xəbər verir ki, millimizin 25 yaşlı forvardı qarşılaşmaya milli komandanın direktoru İlqar Qurbanovla birgə baxır.

Qeyd edək ki, müqavilə ilə Ukraynanın “Bukovina” klubuna məxsus olan R. Dadaşov zədə səbəbindən bir müddətdir ki, yaşıl meydanlardan uzaq qalıb. Hazırda Bakıda olan futbolçunun müalicə və reabilitasiya xərclərini AFFA öz üzərinə götürüb.