“Müctəba Xamenei sağlamdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Fox News”un “Special Report” proqramına müsahibəsində deyib.
İran Prezidenti bildirib ki, təxminən bir ay əvvəl İranın Ali rəhbəri Müctəba Xamenei ilə təxminən yeddi saat davam edən üzbəüz görüş keçirib.
O, Xameneinin sağlam olduğunu və İran hökuməti üzərində tam nəzarətə malik olduğunu vurğulayıb.
Pezeşkian görüşün dəqiq tarixini xatırlamadığını deyib.
“Dəqiq tarixləri xatırlamıram. Təxminən bir ay, bir ay yarım əvvəl idi. Biz təxminən yeddi saat görüşdük”, - deyə Pezeşkian bildirib.
“Əvvəl də dediyim kimi, biz üzbəüz danışıqlar apardıq”.
Pezeşkian Xameneinin səhhəti barədə də danışaraq onun idarəçilikdə tam nəzarət sahibi olduğunu bildirib.
“Tamamilə elədir. Siyasətlərin həyata keçirilməsi administrasiyanın və hökumətin əlindədir. Lakin məsləhətləşmələr və istiqamətlər oradan gəlir”, - deyə İran Prezidenti bildirib.
Son xəbərlər
Son Xəbərlər