Muğlada ard-arda zəlzələlər

muglada-ard-arda-zelzeleler
Oxunma sayı: 1477

Muğlanın Datça rayonu sahillərində 4,2 və 4,4 bal gücündə iki zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yeraltı təkanlar Datçadan 31,98 kilometr uzaqda, Egey dənizində qeydə alınıb.

Birinci zəlzələnin dərinliyi 6,55 kilometr, ikinci zəlzələnin isə 22,03 kilometr təşkil edib.