Murat Kurum İmamoğluna məğlubiyyəti etiraf etdi

murat-kurum-imamogluna-meglubiyyeti-etiraf-etdi
Oxunma sayı: 7057

İstanbul böyükşəhər bələdiyyə başçısı namizədi Murat Kurum seçkilərin ilkin nəticələri ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, seçkilərdə məğlubiyyəti qəbul edib:

“Yenə millətimizin yanında olacağıq. Ümid edirəm ki, demokratik seçkilərimiz millətimizə, ölkəmizə, İstanbuldakı qardaşlarımıza xeyirli olacaq. İstanbullu Murat istanbullular üçün çalışmalarına davam edəcək. Millətimiz bizi harada görmək istəyirsə, biz də orada olub, üzərimizə düşəni edəcəyik”.

Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə görə, İstanbul üzrə M.Kurum əsas rəqibi Əkrəm İmamoğludan azı 10 faiz geri qalır.