Naxçıvanda 5 min ağac əkildi

naxcivanda-5-min-agac-ekildi
Oxunma sayı: 1704

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 25 noyabr tarixində növbəti ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanın Cəhri qəsəbəsində keçirilən aksiya zamanı torpaq-iqlim şəraitinə uyğun olaraq 5000 ağac əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.