Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər