Nazir işlətdiyi ifadəyə aydınlıq gətirib

nazir-isletdiyi-ifadeye-aydinliq-getirib
Oxunma sayı: 4719

Elm və təhsil naziri Emin Əmrullayev ötən gün səsləndirdiyi “Əvvəl etdiyimiz səhvləri Qarabağ Universitetində etməyəcəyik” ifadəsinə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, nazirin sözlərinə görə, bu, daha çox ritorik ifadə idi.

O qeyd edib ki, əvvəl etmədiyimiz və ya düzgün etmədiyimiz hallar olub: “Bura müəllimlərin işə qəbulu və digər hallar aiddir. Qarabağ Universitetində müəllimləri işə götürəndə düzgün, şəffaf qaydada götürək. Doktorant tələbə ilə rəhbəri arasında əlaqələr daha düzgün qurulsun və sair”.

Gülnar Əliyeva