Neft qiymətləri 30 dollara doğru...

neft-qiymetleri-30-dollara-dogru
Oxunma sayı: 3407

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir.

“Qafqazinfo” Rosbalt-a istinadən xəbər verir ki, hazırda London birjasında Brent markalı neftin bir barrelinin qiyməti cəmi 34,37 dollardır. Bir neçə saat əvvəl isə qiymət hətta 34,22 dollara qədər düşüb.

WTI markalı neftin qiymətində də vəziyyət ürəkaçan deyil. Bu tipli neftin bir barrelinin qiyməti hazırda 33,89 dollardan satılır. Bu, 5,80% ucuzlaşma deməkdir.

Ekspertlərin qənaətinə görə isə, son bir neçə gündə neft qiymətləri 30 dollara qədər ucuzlaşmaqda davam edəcək.

Xatırladaq ki, neftin 34 dollar civarına düşməyi son 12 ilin ən aşağı qiyməti hesab olunur.