Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “99-TE-303” dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində kənd sakinləri – 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər