Neftimizin qiyməti 122 dollara düşdü

neftimizin-qiymeti-122-dollara-dusdu
Oxunma sayı: 314

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,11 dollar və ya 4% azalaraq 122,49 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 127,6 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.