Nepalda iki işçi xilas edildi - 9 gün tuneldə qalıbmışlar - Video

nepalda-iki-isci-xilas-edildi
Oxunma sayı: 343

Nepalda xilasetmə qüvvələri güclü daşqınlardan doqquz gün sonra Trişuli-3A hidroelektrik stansiyasının tunelində köməksiz vəziyyətdə qalan iki işçini sağ çıxarıblar.

“Qafqazinfo” “CBS News”a istinadən xəbər verir ki, xilas edilənlər briqadir və iş rəhbəri olub. 

Məlumata görə, xilasedicilər bu gün səhər saatlarında tunelin dərinliyindən səslər eşidiblər. Bu, içəridə olan insanların sağ olduğunu müəyyən etməyə və onların çıxarılması əməliyyatına başlamağa imkan verib. 

Yayılmış görüntülərdə palçıq içərisində olan kişilərdən birinin tuneldən çıxarıldığı əks olunub. Xilas edilən şəxslərin vəziyyətinin sabit olduğu bildirilir. Onlar Katmandudakı xəstəxanaya çatdırılıblar.

Yerli hakimiyyət tuneldə başqa sağ insanların da olma ehtimalını istisna etmir. Ümumilikdə tuneldə təxminən 115 nəfərin qaldığı ehtimal edilir. 

Xatırladaq ki, avqustun 26-da Nepal və Çinin sərhədyanı bölgələrində güclü daşqın baş verib. İlkin ehtimala görə, buna səbəb zəlzələ səbəbindən buzlağın çökməsi olub. Təbii fəlakət nəticəsində azı 1259 nəfərin öldüyü bildirilir. Daha 5000 nəfərdən çox şəxs isə itkin düşüb.