Nərimanın transfer dəyəri qalxıb - 2,5 milyon avro oldu

nerimanin-transfer-deyeri-qalxib
Oxunma sayı: 1253

Məşhur “transfermarket” saytı Azərbaycan çempionatında mübarizə aparan bəzi oyunçuların transfer dəyərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, sayt “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə üçün bu məbləğin 2,5 milyon avro olduğunu yazıb.

Bundan əvvəl isə forvardın transfer dəyəri 2 milyon avro idi. Belə ki, Nərimanın transfer dəyərində 500 min avro artım olub.