Nərimanovda restoranın qarşısında kütləvi dava - Video-Yenilənib

nerimanovda-restoranin-qarsisinda-kutlevi-dava
Oxunma sayı: 3691

Paytaxtın Nərimanov rayonunda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb.

“Qafqazinfo” Milli.az-a istinadən xəbər verir ki, hadisə “Tempo Baku” restoranının qarşısında baş verib.

Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə olub və daha sonra davaya çevrilib. Tərəflər bir-birilərinə xəsarətlər yetiriblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisində sərxoş halda ictimai asayişi pozan şəxslərin kimliyi polis əməkdaşları tərəfindən müəyyən olunub. Hazırda faktla bağlı zəruri prosessual araşdırmalar davam etdirilir.

***

“Tempo Baku” restoranından bildirilib ki, hadisə obyektin fəaliyyəti ilə əlaqəli deyil: “Hadisədə iştirak edən şəxslərin restoranla və ya onun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.