Netanyahunun kortejinə hücum cəhdi olub

netanyahunun-kortejine-hucum-cehdi-olub
Oxunma sayı: 1522

İsrailin Baş naziri Binyamin Netanyahunun kortejinə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Tel-Əvivin mərkəzindəki Dizengoff küçəsində baş verib.

58 yaşlı şübhəli dindirilməyə göndərilib. Onun şəxsiyyəti ilə bağlı təfərrüatlar verilmir.