Nicat Abasov Karuana ilə qarşılaşacaq

nicat-abasov-karuana-ile-qarsilasacaq
Oxunma sayı: 1338

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı qrossmeyster II turda ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək.

O, bu dəfə qara fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə, Karuana isə ABŞ-nin digər şahmatçısı Hikaru Nakamura ilə heç-heçə edib – 0,5:0,5.

Bu gün həmçinin Hikaru Nakamura – Santoş Vidit (Hindistan), Rameşbabu Praqnanandha – Dommaracu Qukeş (hər ikisi Hindistan), Yan Nepomnyaşi (FIDE) – Əlireza Firuzca (Fransa) görüşləri də baş tutacaq.

Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.