Növbədənkənar parlament seçkiləri təyin etdi

novbedenkenar-parlament-seckileri-teyin-etdi
Oxunma sayı: 817

İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes seçkiləri noyabrın 29-na təyin edib. 

Deputatlar Konqresində (parlamentin aşağı palatası - red.) çıxışı zamanı hökumət başçısı Nazirlər Şurasının növbədənkənar iclasını çağırmaq, parlamenti buraxmaq və ümumi seçkiləri noyabrın 29-na təyin etmək qərarına gəldiyini açıqlayıb. 

Qeyd edək ki, İspaniyada parlament seçkiləri 2027-ci ildə keçirilməli idi.