Nüvə təlimlərini onlayn izlədilər - Foto

nuve-telimlerini-onlayn-izlediler
Oxunma sayı: 492

Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko videobağlantı vasitəsilə nüvə təlimlərinə rəhbərlik ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BelTA” nəşri məlumat yayıb.

“Bu, ilk belə birgə təlimdir. Lakin ayrı-ayrı elementlər, tərkib hissələri üzrə təlimləri baş qərargahlarımız, müdafiə nazirlərimiz hər rüb keçirirlər”, - Lukaşenko çıxışında bildirib.

Onun sözlərinə görə, Minsk və Moskva “heç kimə hədə-qorxu gəlmir”, lakin “Brestdən Vladivostoka qədər ümumi Vətəni” qorumağa hazırdırlar.