“Fənərbaxça” və “Qalatasaray”ın futbolçuları cəzalandırıldı

fenerbaxca-ve-qalatasarayin-futbolculari-cezalandirildi
Oxunma sayı: 647

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Fənərbaxça” və “Qalatasaray”ın futbolçularını cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

“Fənərbaxça”nın oyunçusu Arçi Brauna 3, “Qalatasaray”dan Abdüllkerim Bardakçıya 2 oyunluq cəza verilib. Buna səbəb isə superliqa oyununda futbolçular arasında yaşanan mübahisə olub. 

Qeyd edək ki, İstanbul derbisi “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.