Rusiya Prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makron və ya Almaniya Kansleri Fridrix Merts də daxil olmaqla, hər kəslə dialoqa açıqdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov rusiyalı jurnalist Aleksandr Yunaşevin “Yunaşev Live” proqramında danışıb.
Peskov jurnalistin “Məsələn, Fransa prezidenti, yaxud Almaniya kansleri zəng edərsə, Putin dəstəyi götürərmi?” sualına cavab verərkən bildirib:
“O, dəstəyi qaldırar. Əlbəttə, o, hər kəslə dialoqa açıqdır”.
Bununla yanaşı, Putinin Ukrayna Prezidenti Volodimir Zelenskinin zəng edəcəyi təqdirdə onunla danışıb-danışmayacağı sualına Kremlin sözçüsü “Hələ heç kəs zəng etməyib” cavabını verib.
Xatırladaq ki, otyabrın 27-də Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə Vladimir Putin arasında telefon danışığı aparılıb.
Son xəbərlər
Son Xəbərlər