Oğuzda meşəni qıran şəxsə cinayət işi açıldı

oguzda-meseni-qiran-sexse-cinayet-isi-acildi
Oxunma sayı: 956

Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq növündən olan ağacları kəsən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polisin keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.