İnsan ömrünü əhəmiyyətli dərəcədə azaldan əsas amil müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həkim və uzunömürlülük üzrə mütəxəssis Rafael Qarsiya Quzman açıqlama verib.
Onun sözlərinə görə, əvvəllər oturaq həyat tərzi və düzgün olmayan qidalanmanın ömrü qısaldan əsas səbəblər olduğu hesab edilirdi. Lakin indi elmi ictimaiyyətin bu məsələyə baxışı dəyişib:
“Gündəlik həyatımızda ömrümüzə birbaşa təsir edən bir çox səhvə yol veririk. Amma onların arasında ən böyüyünü seçməli olsaydım, bu, könüllü olaraq yuxudan imtina etmək olardı”, - deyə mütəxəssis vurğulayıb.
Həkim bildirib ki, araşdırmalar gecə yuxusunun 7 saatdan az olmasının qocalmanı sürətləndirdiyini sübut edir. Bu vəziyyət bədənin enerji səviyyəsinə mənfi təsir göstərir, maddələr mübadiləsini pozur, immun sistemini zəiflədir və beyin sağlamlığına ciddi ziyan vurur.
Həkim, həmçinin əlavə edib ki, kifayət qədər yuxu almaq xüsusilə yay aylarında daha kritik əhəmiyyət kəsb edir. Çünki isti hava susuzlaşma səbəbindən bədəndə yorğunluq yaradır, keyfiyyətsiz gecə istirahəti isə bu mənfi prosesi daha da ağırlaşdırır.
Son xəbərlər
Son Xəbərlər