“Real Madrid”in baş məşqçisi Joze Mourinyo gözlənilməz etiraf edərək Yan Diomandenin “Leyptsiq”dən “Kral klubu”na transferinin onun təşəbbüsü ilə baş vermədiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə “El Chiringuito” kanalına müsahibəsində deyib.
Mourinyo 22 yaşlı futbolçunun transferi haqqında söhbət açaraq bildirib:
“Yan Diomandenin transferini mən istəmişəm? Xeyr, onun alınmasını tələb etməmişəm. Lakin indi, onun oyun profilini öyrəndikdən sonra onu komandamda görmək istəyirəm. O, hər iki cinahda oynaya bilir”.
Xatırladaq ki, avqustun 6-da “Real” Diomandenin “Leyptsiq”dən transferini elan edib. Fil Dişi Sahili millisinin cinah hücumçusu Madrid təmsilçisi ilə 2033-cü ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb.
Məlumat üçün bildirək ki, İspaniya nəhəngi bu keçid üçün 125 milyon avro ödəyib, daha 15 milyon avro isə bonus olaraq nəzərdə tutulub. Bu sövdələşmə “Real Madrid”in bütün tarixi ərzində ən rekord transfer kimi qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər