Orxan Məmmədov Avaş kəndində səyyar qəbul keçirdi - Fotolar

orxan-memmedov-avas-kendinde-seyyar-qebul-kecirdi
Oxunma sayı: 696

Bu gün Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Avaş kəndində rayonun Avaş, Abasallı, Deman, Qaravuldaş və Arvana kəndlərinin sakinləri ilə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, 210-a yaxın sakinin iştirak etdiyi qəbulda çıxış edən RİH başçısı Orxan Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən danışıb. 

Vətəndaşların müraciətlərinin dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin öyrənilməsinin və həlli istiqamətində iş aparılmasının əhəmiyyətini vurğulayıb. Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində yerində müzakirələr aparılıb, həlli mümkün olan müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. RİH başçısı qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcək.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qəbuldan sonra RİH başçısı Orxan Məmmədov şəhid Mahmud Mayıllının valideynlərini ziyarət edib.