Özü üçün saxta medal düzəldib hərbi formada gəzən “qazi” saxlanıldı - Video

ozu-ucun-saxta-medal-duzeldib-herbi-formada-gezen-qazi-saxlanildi
Oxunma sayı: 3296

Polis Sumqayıtda özünü qazi kimi təqdim edən şəxsi saxlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə obyektlərə və restoranlara daxil olub ona maddi köməklik edilməsini tələb edən Şirvan sakini 1990-cı il təvəllüdlü Nəzər Məmmədov saxlanılıb.

Həmin şəxsin 2012-2017-ci illərdə hərbi xidmətdə olduğu, heç bir hərbi əməliyyatlarda, o cümlədən də 44 günlük Vətən müharibəsində iştirak etmədiyi müəyən edilib.

Bildirilib ki, N.Məmmədov tanışı olan bir nəfərdən hərbi forma əldə edərək guya torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak edən zaman bir gözünü itirdiyi görüntüsü yaradaraq qeyd edilən əməlləri törədib. Saxlanılan şəxs həmçinin tanışlarından birindən əldə etdiyi “Vətən Müharibəsi İştirakçısı” medalının eynisindən özü üçün hazırlayaraq hərbi geyim formasının üzərində gəzdirib. N.Məmmədov qeyd edilən yolla asan və daha çox “qazanc” əldə etmək niyyətində olub.

Xəbəri rus dilində oxuyun: Сюмбюля Алиева осталась под арестом

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan N.Məmmədov barəsində araşdırmalar davam edir. Onun qanunsuz əməllərindən zərərçəkən şəxslər polis orqanlarına müraciət edə bilərlər.