Özünü kral adlandırdı

ozunu-kral-adlandirdi
Oxunma sayı: 4076

ABŞ Prezidenti Donald Tramp “Boeing” şirkətinə məxsus təyyarələrin satışı sahəsindəki uğurlarına görə özünü bu sahənin kralı adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Nümayəndələr Palatasının respublikaçı üzvləri ilə görüşü zamanı verib.

Tramp çıxışında yer üzündə hər hansı bir insandan daha çox “Boeing” satdığını iddia edib:

“Mən kralam,  yəqin ki, mindən çox təyyarə satmışam”.

O, özünü “ilin satıcısı” adlandıraraq, xüsusilə Qətər, Özbəkistan və Türkiyə ilə bağlanan iri miqyaslı müqavilələri xatırladıb.

Xatırladaq ki, “Qatar Airways” ilə 96 milyard dollarlıq, “Türk Hava Yolları” ilə isə 225 yeni təyyarənin alınmasını nəzərdə tutan rekord müqavilələr Trampın vasitəçiliyi və ya iştirakı ilə reallaşıb.