“Pana Film”in serialı 700 min cərimələndi və bitdi

pana-filmin-seriali-700-min-cerimelendi-ve-bitdi
Oxunma sayı: 2694


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarını Orxan Kılıç, Sümeyra Qoç, Dəniz Uğur, Hazım Körmükçünün bölüşdüyü serialın son bölümü çəkilib. 

Qeyd edək ki, Radio-Televiziya Şurası “Qara qutu” serialına görə “Kanal D”ə  700 min lirə cəza vermişdi. RTÜK-ün hazırladığı ilk hesabatda məhsul yerləşdirmə üsuluyla pivə reklamı edildiyi bildirilmişdi:

“Serialda spirtli içkinin gündəlik həyatın bir parçası olması, gündəlik həyatın çətinliklərini yüngülləşdirən və həll yollarını asanlaşdıran vasitə kimi göstərilir. Eyni zamanda tamaşaçılar üçün reklam olunur”.  

Xatırladaq ki, sözügedən serial “Kurtlar Vadisi Pusu”nu ekranlaşdıran “Pana Film”ə məxsudur və "Yeni Kurtlar Vadisi" kimi tanınırdı.

Könül