Türkiyə Super Liqasının 9-cu turunda “Qalatasaray”a 2:1 hesabı ilə məğlubiyyətdən sonra “Fənərbaxça”da başlayan gərginlik davam edir.
“Qafqazinfo” xəbər verir ki, derbidəki məğlubiyyətin ardınca istefa verən baş məşqçi İsmail Kartalla görüşmək üçün “Samandıra Can Bartu” bazasına gələn klub prezidenti Əziz Yıldırım oradan ayrılarkən qəza törədib.
Belə ki, İ. Kartalın istefasını təsdiqləyib bazanı tərk etməsindən qısa müddət sonra Əziz Yıldırım da vitse-prezident Mahmut Uslu ilə birlikdə avtomobili ilə ərazini tərk etmək istəyib. Sükan arxasında olan prezident nəqliyyat vasitəsilə yola çıxarkən sağ tərəfdə park edilmiş başqa bir avtomobili sürtüb.
Qəzadan sonra bir neçə saniyəlik dayanan Ə. Yıldırım daha sonra yoluna davam edib.
Məlumata görə, baş verən hadisə zamanı park halındakı avtomobilə dəyən zərərin bütün xərclərini Ə. Yıldırımın şəxsən özünün qarşılayacağı bildirilib.
Son xəbərlər
Son Xəbərlər