Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

pasinyan-istefa-verdi
Oxunma sayı: 1268

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib, Nazirlər Kabineti səlahiyyətlərini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesablarında paylaşım edib.

“Konstitusiyanın 158-ci maddəsinə əsasən, yeni seçilmiş parlamentin ilk sessiyasının keçirildiyi gün hökumət istefasını təqdim edir”, - deyə o paylaşımında bildirib.

Qeyd edək ki, bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun həyata keçirilən formal prosedurdur.