Paşinyan Ordu Günündə Ermənistan ordusundan şikayətləndi

pasinyan-ordu-gununde-ermenistan-ordusundan-sikayetlendi
Oxunma sayı: 2889

“Ermənistan ordusunu dəyişmək lazımdır”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ordu günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Paşinyan qeyd edib ki, hakimiyyət peşəkar ordunun yaradılması üzərində işləyir, lakin bu istiqamətdə görülən işlərin tempi qənaətbəxş deyil.

Baş nazir orduda hərbi məsələlərlə bağlı köhnəlmiş standartlardan və ideyalardan imtina etməyi zəruri hesab etdiyini açıqlayıb.

Onun sözlərinə görə, dəyişikliklər bütün sahələrə - hərbi geyim formasından və əsgərlərin zahiri görünüşündən, dislokasiya yerlərindəki şəraitdən, silah və texnikadan tutmuş maaşlara, sosial təminatlara, peşə bacarıqlarına dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir.

“Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa seçimi yoxdur. Və biz müasir silahların əldə edilməsi yolu ilə gedirik. Silahların alınması üçün çoxmilyardlı müqavilələr bağlamışıq”.