Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək - KİV

pasinyan-putinin-andicme-merasiminde-istirak-etmeyecek
Oxunma sayı: 2627

“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək”​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “MediaHub” portalı yayıb. 

Saytın mənbələrinin sözlərinə görə, hazırda Paşinyanın sözügedən tədbirə getməməsi qərara alınıb: “Mahiyyət etibarilə, Ermənistan bir daha göstərmək istəyir ki, o, Rusiyadan tərəfdaş olaraq narazıdır”.

Bildirilir ki, Paşinyan yalnız mayın 8-i Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq: “Lakin Paşinyan 9 may – Qələbə Günü münasibətilə təşkil edilən tədbirlərdə iştirak etməyəcək. Bu, artıq Qərbin tələbidir”.

Xatırladaq ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə 12:00-da keçiriləcək.