Peskov Baydenin Putini təhqir etməsinə münasibət bildirib

peskov-baydenin-putini-tehqir-etmesine-munasibet-bildirib
Oxunma sayı: 3803

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Co Baydenin Rusiya lideri Vladimir Putini təhqir etməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Belə ifadələr dövlət başçılarına xoş görünmür. Çətin ki, ABŞ bununla fəxr edə bilsin”, – Peskov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ötən gün Müqəddəs Patrik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı Rusiya lideri Vladimir Putini quldur adlandırıb.