“Pinterest” 2026-cı ilin əsas trendlərini açıqladı

pinterest-2026-ci-ilin-esas-trendlerini-aciqladi
Oxunma sayı: 223

“Pinterest” sosial şəbəkəsi 2026-cı ilin əsas trendlərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə WWD məlumat yayıb.

Əsas tendensiyalar arasında soyuq çalarlar, mirvari makiyaj, krujeva və “gothic” vampir üslubu var. Həmçinin, açıq mavi xüsusilə seçilir. Mütəxəssislər heyvan izləri, kəpənəklər, yarpaqlar və çillərlə də “vəhşi” tərzi vurğulayıblar.

Qeyd edək ki, bundan əvvəl “Pantone” Rəng İnstitutu 2026-cı ilin əsas rəngini açıqlayıb. İnstitut 2026-cı ilin əsas rəngi kimi “Cloud Dancer” adlanan 11-4201 ağ kölgəni seçib.