“Polis cəmiyyətin hörmət etmədiyi qanuna niyə keşik çəkməlidir ki?”

polis-cemiyyetin-hormet-etmediyi-qanuna-niye-kesik-cekmelidir-ki
Oxunma sayı: 5446

“Söyüşə minimum on doqquz bıçaq zərbəsi ilə cavab verən vətəndaşı qəhrəman (red: Rəşad Dağlı) elan edən cəmiyyət, söyüşə görə vətəndaşı vətəndaşın öz qandığı yolla cəzalandıran polisdən qanun tələb edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri yazıçı Aqşin Yenisey feysbuk hesabında yazıb.

Həmçinin oxuyun: Увеличиваются штрафы за нарушение законодательства о медиа

“Əlbəttə, polis qanun keşikçisidir, amma xalqın, cəmiyyətin hörmət etmədiyi qanuna niyə keşik çəkməlidir ki?”, - deyə o əlavə edib.

Qeyd edək ki, “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirən gəncin tutularaq ona qarşı aşağılayıcı hərəkətlər edildiyi bildirilir. Hadisə ilə bağlı fotolar sosial şəbəkədə yayılıb. Məlumata görə, həmin şəxs saxlanıldıqdan sonra onun uzun saçları yığılmış və qırxılmış formada fotoları çəkilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, fotosu yayılan şəxsin görüntüləri polis orqanlarında çəkilməyib.

Sözügedən məsələ ötən gündən bəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.