Polşada əvvəlki hökumət insanları casus proqramı ilə izləyirmiş

polsada-evvelki-hokumet-insanlari-casus-proqrami-ile-izleyirmis
Oxunma sayı: 1086

“Polşanın sabiq Baş naziri Mateuş Moravetski dövründə hökumət rəsmiləri yüzlərlə insana qarşı İsrailin kibertəhlükəsizlik şirkəti “NSO Group” tərəfindən təsis edilən “Pegasus” casus proqramından qanunsuz istifadə ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Adam Bodnar bildirib.

Bodnar bunu tükürpədici vəziyyət adlandırıb və heyrət içərisində olduğunu dilə gətirib.

Baş Prokurorluğun yaydığı məlumata görə, 2017-2022-ci illər ərzində casus proqramlarla 578 nəfər haqqında şəxsi məlumat əldə edilib.

Faktla bağlı Xüsusi Xidmət Orqanları araşdırmaları davam etdirir.