“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

prezident-evezine-qubernator-secek-51-ci-statimiz-olsun
Oxunma sayı: 259

“Venesuela gələcəkdə ABŞ-nin 51-ci ştatına çevrilə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Texasda keçirilən seçki mitinqində deyib.

O, iki ölkə arasında münasibətlərin yaxşı olduğunu və ABŞ-nin Venesueladan böyük həcmdə neft aldığını bildirib.

Tramp bəzi Amerika neft şirkətlərinin Venesuelaya ciddi investisiyalar yatırdığını vurğulayıb və ölkənin gələcəkdə çiçəklənə biləcəyini deyib: “Bəlkə də, yaxın gələcəkdə o, bizim 51-ci ştatımız olacaq. Gəlin bunu reallaşdıraq, prezident əvəzinə qubernator seçək”.