Prezident onu rektor təyin etdi

prezident-onu-rektor-teyin-etdi
Oxunma sayı: 12357

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahin Məhərrəm oğlu Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Ş. Əliyev uzun illər Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri vəzifəsini icra edib.