Prezident “Sovetski”də görüləcək işlərdən danışdı

prezident-sovetskide-gorulecek-islerden-danisdi
Oxunma sayı: 2413

“Sovetski” adlandırılan ərazinin köçürülməsi prosesi davam edir və orada da ancaq ictimai yerlər, parklar salınmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

“Süni göllər yaradılacaq və nəqliyyat sistemi qurulacaq, o cümlədən, metro stansiyaları, Ağ Şəhərdə metro stansiya. İndi velosiped zolaqlarının yaradılmasına başlanılmışdır. Bilirəm, bəziləri bundan narazıdır. Amma inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, bu da bir çıxış yoludur. Çünki bu, həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı önəmli bir vasitə olacaq.

Təbii olaraq ictimai nəqliyyat istədiyimiz səviyyədə olan zaman, əlbəttə, ictimai nəqliyyatdan istifadə etmək ən yaxşı variant ola bilər. Biz bunu etməyə çalışırıq”, - dövlət başçısı qeyd edib.