Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.
“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirilib.
Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində oynadığı rol və bu məsələyə verdiyi töhfə vurğulandı. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunulub.
Görüşdə Azərbaycanın Avropaya enerji, xüsusilə qaz ixracının artırılması üçün əlavə imkanların olduğu bildirildi, bu baxımdan Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi vurğulanıb.
***
Dublində Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.
Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb. Həmin səfər çərçivəsində müzakirə olunmuş mövzuların icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulanıb.
Görüşdə iqtisadi-ticari əlaqələrimizin inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola toxunularaq, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edilib.





Son xəbərlər
Son Xəbərlər