“Prezidentə yönələn təxribat Azərbaycan xalqına qarşı hücumdur” - Video

prezidente-yonelen-texribat-azerbaycan-xalqina-qarsi-hucumdur
Oxunma sayı: 1636

Xəbər verdiyimiz kimi, ötən gün xaricdə yaşayan bir neçə antimilli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib.

“Qafqazinfo”nun məlumatına görə, Vaşinqtonda fəaliyyət göstərən həmin antimilli qüvvələr ABŞ-dəki erməni dairələrinin əlaltısı kimi çıxış edir.

Təsadüfi deyil ki, qeyri-etik aksiyaya açıq dəstək birinci ANCA-dan gəldi. Bu fakt həmin qüvvələrin hansı mərkəzdən yönləndirildiyini bir daha sübut edir.

Xəbəri rus dilində oxuyun: Провокация против Алиева - вызов всему азербайджанскому народу - ВИДЕО

Azərbaycan Prezidentinə qarşı yönələn hər hansı təxribat əslində bütün Azərbaycan xalqına yönəlmiş hücumdur. Bu cür iyrənc təxribatlar xalqın iradəsini sındırmaq məqsədi daşıyır. Lakin onlar unudurlar ki, Azərbaycan xalqı öz dövlətinin, liderinin yanındadır və bu cür ucuz ssenarilərlə milli iradəni qırmaq mümkün deyil.