Putin vurulan təyyarənin ekspertiza nəticələrini açıqladı

putin-vurulan-teyyarenin-ekspertiza-neticelerini-aciqladi
Oxunma sayı: 2464

“İl-76 ABŞ-yə məxsus “Patriot” sistemi tərəfindən vurulub, bu, ekspertiza ilə müəyyən edilib. Rusiya təyyarənin vurulması ilə bağlı beynəlxalq təhqiqatın aparılmasında israrlıdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ekspertizanın nəticələrini açıqlayarkən deyib.

Rusiya Prezident qeyd edib ki, “Patriot” raketi Ukraynanın nəzarətində olan ərazidən buraxılıb.

“Niyə bunu etdilər? Mən bilmirəm, başa düşmürəm”, - Putin bildirib.

Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin mübadilə üçün göndərilən 65 əsgəri, 3 müşayiətçi və 6 ekipaj üzvü olub. Onların hamısı hadisə nəticəsində həlak olub.