Putini replə təbrik etdilər - Video

putini-reple-tebrik-etdiler
Oxunma sayı: 486

Toqodakı Xalq Diplomatiyası Mərkəzinin filialı Rusiya Prezidenti Vladimir Putinin doğum günü münasibətilə öz “Telegram” kanalında rep-klip təqdim edib.

“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, videoçarx mərkəzin əməkdaşları və Rusiyada təhsil almış toqolu keçmiş tələbələr tərəfindən ərsəyə gətirilib.

Mərkəzdən bildirilib ki, Toqoda gənclər və tələbələr Putinə böyük hörmətlə yanaşırlar:

“Onların çoxu üçün Rusiya xəritədə sadəcə bir nöqtə deyil, arzuların gerçəkləşdiyi məkandır”. 

Təşkilatçılar janr seçimini afrikalıların ritmik və hərəkətli olması, rep üslubunu əla ifa etmələri ilə izah edərək Rusiya liderinə möhkəm cansağlığı və güc arzulayıblar.

Qeyd edək ki, 7 oktyabr 1952-ci ildə anadan olan Vladimir Putinin bu gün 74 yaşı tamam olur. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin, adətən, ad günlərini xidməti iş başında, həmkarları və digər dövlət başçıları ilə ünsiyyətdə keçirir.