Putinin geniş mətbuat konfransının vaxtı açıqlandı

putinin-genis-metbuat-konfransinin-vaxti-aciqlandi
Oxunma sayı: 1182

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi geniş mətbuat konfransı və “Birbaşa xətt” birləşdirilmiş formatda dekabrın 19-da keçiriləcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

“Tədbir həqiqətən də dekabrın 19-da baş tutacaq. Bu, birləşdirilmiş formatda olacaq”, - deyə Kremlin rəsmi sözçüsü qeyd edib.