Oktyabrın 27-si Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci Sammiti keçirilib.
“Qafqazinfo” xəbər verir ki, sammitin iştirakçıları arasında olan Mozambik Prezidenti Daniel Çapo boyu ilə gündəmə gəlib.
Belə ki, Çapo tədbirdən sonra Moskvaya səfəri zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.
Fotolardan biri isə Putinlə onun boy fərqinə görə diqqət çəkib. İki dövlət başçısı arasındakı boy fərqi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, rəsmi məlumatlara görə, Daniel Çaponun boyu 204 sm, Rusiya liderinin boyu isə 170 sm təşkil edir.


Son xəbərlər
Son Xəbərlər