Qara dənizdə neft tankeri yanır - Video

qara-denizde-neft-tankeri-yanir
Oxunma sayı: 354

Rusiyanın Soçi şəhəri yaxınlığında Qara dənizdə tanker yanır.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, neft daşıyan və Liberiya bayrağı altında üzən “Aframax Rio” tankeri pilotsuz qayıqların hücumuna məruz qalıb.

Nazirlik bildirib ki, 23 nəfərdən ibarət heyət (hamısı Hindistan vətəndaşıdır) xilas edilib, ilkin məlumatlara görə, xəsarət alan yoxdur.

Soçi meri Andrey Proşunin bildirib ki, yanğını söndürmək üçün zəruri tədbirlər görülür. 

Onun sözlərinə görə, yanğının intensivliyi azaldıqdan sonra mütəxəssislər tankerlərdəki yanğını söndürməyə başlayacaqlar.