Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Xorvatiya təmsilçisi “Osiyek»i üstələyib.
Qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə bitib. Ağdam klubunun qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.
“Qarabağ” bu gün, saat 19:00-da Polşanın "Zaqlembe" komandası ilə də yoxlama oyunu keçirəcək.
Son xəbərlər
Son Xəbərlər