“Qarabağ” futbolçusu Abbas Hüseynovla yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2017-ci ildə “Qarabağ”a keçən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, komanda ilə birlikdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Xatırladaq ki, bundan əvvəl Ağdam klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev AZƏRTAC-a açıqlamasında onun klubla əlaqəsini kəsdiyini bildirmişdi.

Son xəbərlər
Son Xəbərlər